Yuxarı

Stolüstü tennisçilərimiz dünya çempionatında iştirak edəcəklər

Çində keçiriləcək stolüstü tennis üzrə dünya çempionatına 5 idmançımız qatılacaq

Bakı. 4 aprel. REPORT.AZ/ Aprelin 26-dan mayın 3-dək Çinin Sujou şəhərində stolüstü tennis üzrə dünya çempionatı keçiriləcək.

"Report"un AZƏRTACa istinadən verdiyi məlumata görə, çempionatda ölkəmiz 5 idmançı - Fərhad İsmayılov, Ramil Cəfərov, Xəyal Həşimli, Rüfət Quliyeva, Məryəm İmanova ilə təmsil olunacaq. İdmançılarımız məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə mübarizə aparacaqlar.

Çempionatda 124 ölkədən 600-dən artıq idmançı iştirak edəcək.

Hazırda yığma komandamızın üzvləri mühüm idman tədbirinə hazırlıqla bağlı intensiv məşq proseslərində iştirak edir, fiziki, texniki və taktiki bacarıqlarının artırılması ilə məşğul olurlar.

Komandamız Çinə aprelin 24-də səfər edəcək və mayın 3-də vətənə qayıdacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi