Şotland boksçusu çempion kəmərini oğluna görə satışa çıxarıb

Şotland boksçusu çempion kəmərini oğluna görə satışa çıxarıb Bakı. 26 noyabr. REPORT.AZ/ Şotland boksçusu Ronni Klark oğluna hədiyyə almaq üçün Beynəlxalq Boks Federasiyasının (İBF) çempion kəmərini satışa çıxarıb.
Fərdi
26 Noyabr , 2018 08:37
Şotland boksçusu çempion kəmərini oğluna görə satışa çıxarıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Şotland boksçusu Ronni Klark oğluna hədiyyə almaq üçün Beynəlxalq Boks Federasiyasının (İBF) çempion kəmərini satışa çıxarıb.

Bu barədə "Report" "World Boxing News"a istinadən xəbər verir.

"Fevralda qazandığım İBF-nin rəsmi kəmərini satışa çıxarıram. Növbəti döyüşümün nə vaxt olacağını bilmirəm. Rəqiblərim zədəyə görə və başqa səbəblər üzündən təkbətək döyüşdən imtina edirlər. Buna görə pulum yoxdur ki, Yeni İl bayramında oğluma hədiyyə alım", - deyə Klark bildirib.

Boksçu bununla bağlı "E-Bay"da elan yerləşdirib. Kəmərin başlanğıc qiyməti min funtdan çoxdur. 

Son xəbərlər

Orphus sistemi