Şort-trek üzrə ən titullu idmançı karyerasını bitirdi
Fərdi
- 27 aprel, 2020
- 14:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şort-trek üzrə 6 qat olimpiya çempionu Viktor An peşəkar karyerasını başa vurub.
"Report"un məlumatına görə, bu barədə Rusiya Konkisürmə İttifaqının prezidenti Aleksey Kravtsov yerli mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, 35 yaşlı Cənubi Koreya əsilli rus idmançı qərarını quruma məktub yazaraq bildirib.
Qeyd edək ki, təcrübəli şort-trekçi hələ 2018-ci ildə karyerasını bitirməyə yaxın olsa da, sonradan qərarını dəyişib. Viktor An şort-trek üzrə ən titullu idmançıdır. O, olimpiya çempionluğunun 3-nü Cənubi Koreya, digər 3-nü isə Rusiya millisinin heyətində qazanıb. 2011-ci ildən Rusiya bayrağı altında yarışan veteran idmançı 20 qat dünya və 8 qat Avropa çempionudur.
Son xəbərlər
19:21
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
Hərbi
19:18
ABŞ Şimali Koreyaya müdafiə dəstəyinə görə 11 şəxs və şirkətə sanksiyalar tətbiq edib
Digər ölkələr
19:10
İspaniyada üçgünlük ümummilli matəm elan edilib - Yenilənib
Digər ölkələr
19:09
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr
19:05
UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyunda Bosniya və Herseqovina klubuna uduzub
Futbol
19:04
Foto
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
Futbol
18:57
Video
İspaniyada dəmiryol qəzasında ölənlərin sayı 68 nəfərə çatıb - Yenilənib-4
Digər ölkələr
18:55
Foto
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
Xarici siyasət
18:50
AzFina rəsmisi: "Azərbaycanda rəsmi gəliri olmayan şəxslərin kreditləşdirilməsi üçün böyük potensial var"
Maliyyə