“Formula 1”də daha iki pilot mübarizəni dayandırıb - YENİLƏNİB

“Formula 1”də daha iki pilot mübarizəni dayandırıb - YENİLƏNİB Avstriyanın “Red Bull” komandasının piloti Pyer Qasli “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində mübarizəni dayandırıb.
Fərdi
28 Aprel , 2019 17:41
“Formula 1”də daha iki pilot mübarizəni dayandırıb - YENİLƏNİB

Avstriyanın “Red Bull” komandasının piloti Pyer Qasli “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində mübarizəni dayandırıb.

“Report” xəbər verir ki, onun bolidinin mühərikkində problem yaranıb.

Həmçinin “Haas”ın sürücüsü Romen Qrojan da yarışa davam edə bilməyib.


***17:35

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində yarış zamanı ilk qəza baş verib.

“Report” xəbər verir ki, “Renault”un pilotu Daniel Rikkardo 2-ci döngədə “Toro Rosso”dan Daniil Kvyatı keçmək istəyən zamanı hər iki sürücü yoldan çıxıb.

Həmin anda bolidlər arasında təmas baş verməyib. Lakin Rikkardo geri gedən zaman Kvyatın bolidini vurub. Qəzaya rəğmən, hər iki pilot yollarına davam edə biliblər. Ancaq bir qədər sonra hər iki pilot boksa getməli olub.

SOCAR Azərbaycan Qran-prisi saat 16:10-da start götürüb. 10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında 51 dövrə vuracaqlar və 306,049 km məsafəni geridə qoymaqla qalibi müəyyənləşdirəcəklər.

Son xəbərlər

Orphus sistemi