"ShamkirChess2018" superturnirinin bütün iştirakçıları müəyyənləşib

"ShamkirChess2018" superturnirinin bütün iştirakçıları müəyyənləşib Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2018 beynəlxalq superturnirin bütün iştirakçıları müəyyənləşib.
Fərdi
28 Mart , 2018 15:23
ShamkirChess2018 superturnirinin bütün iştirakçıları müəyyənləşib

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2018" beynəlxalq superturnirin bütün iştirakçıları müəyyənləşib. 

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə beşinci dəfə təşkil olunacaq yubiley turnirinin 10 iştirakçısından 3-ü Azərbaycan təmsilçisi olacaq: "Bizim komandadan "3-lük" - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Əliyev mübarizə aparacaq. Daha bir şahmatçımız Arkadi Naydiçi də bu turnirdə görmək istərdim. Amma 10 nəfərlik yarışda 4 yerli şahmatçının iştirakı yaxşı olmaz. Bu səbəbdən Naydiçinin namizədliyini ora sala bilmədik. Bəzən 3 şahmatçının da iştirakı çox görünə bilər". 

M.Məmmədov digər iştirakçıların da adlarını açıqlayıb: "Rusiyadan Vladimir Kramnik və Sergey Karyakin, çinli Din Lijen, Avropa çempionluğuna iddialı, çexiyalı David Navara, FİDE versiyası üzrə keçmiş çempion, bollqarıstanlı Veselin Topalov,  hollandiaylı Aniş Giri və norveçli dünya çempionu Maqnus Karlsen də Vüqar Həşimovun xatirə turnirinə qatılacaqlar". 

Qeyd edək ki, "ShamkirChess2018" superturniri 18 - 29 apreldə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi