"ShamkirChess2018"in keçiriləcəyi tarix müəyyənləşib

"ShamkirChess2018"in keçiriləcəyi tarix müəyyənləşib Yubiley superturnirində Maqnus Karlsenin də iştirakı gözlənilir
Fərdi
28 Fevral , 2018 17:35
ShamkirChess2018in keçiriləcəyi tarix müəyyənləşib

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2018" beynəlxalq superturnirin tarixi müəyyənləşib.

Bu barədə “Report”a mərhum qrossmeysterin qardaşı Sərxan Həşimov məlumat verib. O bildirib ki, beşinci dəfə təşkil olunacaq yubiley turniri 18 - 29 apreldə Şəmkirdə keçiriləcək.

S.Həşimovun sözlərinə görə, yarışa FİDE reytinqində ən yaxşı göstəriciyə malik şahmatçılar dəvət alacaqlar: “Yubiley turnirində Maqnus Karlsenlə yanaşı, dünyanın bir çox aparıcı qrossmeysterlərinin, FİDE reytinqində ikinci sırada qərarlaşan Şəhriyar Məmmədyarovun, eləcə də Teymur Rəcəbov və Rauf Məmmədovun iştirakı gözlənilir”.

Qeyd edək ki, Şəmkirdə təşkil olunan əvvəlki 4 turnirdən 2-də Maqnus Karlsen, 2-də isə Şəhriyar Məmmədyarov çempion olub.

Son xəbərlər

Orphus sistemi