Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" turniri təxirə salındı

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" turniri təxirə salındı Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə planlaşdırılan builki şahmat üzrə ənənəvi ShamkirChess turniri koronavirus səbəbindən təxirə salınıb.
Fərdi
26 Mart , 2020 13:33
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess turniri təxirə salındı
0 : 00
0 : 00

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə planlaşdırılan builki şahmat üzrə ənənəvi "ShamkirChess" turniri koronavirus səbəbindən təxirə salınıb. 

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib. Onun sözlərinə görə, yarış nəzərdə tutulduğu vaxt - mayda baş tutmayacaq. M.Məmmədov turnirin hansı tarixdə keçirilməsinə indidən qərar verməyin qeyri-mümkünlüyünü əlavə edib: "Ümidvarıq ki, yaxın aylarda koronavirus bəlasından qurtulacaq və daha sonra planlaşdırdığımız işləri görə biləcəyik". 

Qeyd edək ki, "ShamkirChess" 2014-cü ildən keçirilməyə başlayıb. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub. Vüqar Həşimov uzun sürən ağır xəstəlikdən sonra 2014-cü ilin 11 yanvarında vəfat edib. 

,   

Son xəbərlər

Orphus sistemi