Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə planlaşdırılan builki şahmat üzrə ənənəvi "ShamkirChess" turniri koronavirus səbəbindən təxirə salınıb.
Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib. Onun sözlərinə görə, yarış nəzərdə tutulduğu vaxt - mayda baş tutmayacaq. M.Məmmədov turnirin hansı tarixdə keçirilməsinə indidən qərar verməyin qeyri-mümkünlüyünü əlavə edib: "Ümidvarıq ki, yaxın aylarda koronavirus bəlasından qurtulacaq və daha sonra planlaşdırdığımız işləri görə biləcəyik".
Qeyd edək ki, "ShamkirChess" 2014-cü ildən keçirilməyə başlayıb. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub. Vüqar Həşimov uzun sürən ağır xəstəlikdən sonra 2014-cü ilin 11 yanvarında vəfat edib.
,