"ShamkirChess 2019": 3 şahmatçı ilk qələbəsini qazanıb

"ShamkirChess 2019": 3 şahmatçı ilk qələbəsini qazanıb Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess 2019 superturnirində bu gün II turun görüşləri başa çatıb.
Fərdi
1 Aprel , 2019 22:12
ShamkirChess 2019: 3 şahmatçı ilk qələbəsini qazanıb

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün II turun görüşləri başa çatıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5. İlk turda da heç-heçə edən qrossmeysterlərin hərəsinin 1 xalı var. Növbəti görüş hazırki dünya çempionu Maqnus Karlsenlə eks-çempion Vişvanatan Anand arasında olub. Maqnus Karlsen görüşdən qalib ayrılıb. Ümumilikdə turun 5 görüşünün üçündə qələbə, ikisində heç-heçə qeydə alınıb.

"ShamkirChess 2019"

II tur

Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya) - 0,5:0,5

Dinq Liren (Çin) - Alekandr Qrişuk (Rusiya) - 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan) - 1:0

Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya) - 0:1

Bu nəticələrdən sonra Karlsen, Liren və Karyakin hərəyə 1,5 xalla ilk 3 yeri bölüşür. 

Son xəbərlər

Orphus sistemi