"ShamkirChess 2018": Teymur Rəcəbov 8-ci görüşünü də heç-heçə ilə başa vurub

"ShamkirChess 2018": Teymur Rəcəbov 8-ci görüşünü də heç-heçə ilə başa vurub Bakı. 27 aprel. REPORT.AZ/ Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess 2018 superturnirində VIII turun görüşlərində ilk heç-heçə qeydə alınıb.
Fərdi
27 Aprel , 2018 17:09
ShamkirChess 2018: Teymur Rəcəbov 8-ci görüşünü də heç-heçə ilə başa vurub

Bakı. 27 aprel. REPORT.AZ/ Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində VIII turun görüşlərində ilk heç-heçə qeydə alınıb.

"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov ağ fiqurlarla rusiyalı Sergey Karyakinlə "sülh" bağlayıb. Görüş 40-cı gedişdə yekunlaşıb. Hazırda Veselin Topalov (Bolqarıstan) - Radoslav Voytaşek (Polşa), Aniş Giri (Hollandiya) - Maqnus Karlsen (Norveç), Dinq Liren (Çin) - Rauf Məmmədov (Azərbaycan) və Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya) görüşləri davam edir.

Qeyd edək ki, Teymur Rəcəbovun əvvəlki 7 oyunu da heç-heçə ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi