Bakı. 23 aprel. REPORT.AZ/ Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün V turun görüşləri keçirilib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov bu turu heçə - heçə başa vurub. Turun son görüşündə bolqarıstanlı Veselin Topalov çexiyalı David Navaranı məğlub edib
"Shamkir Chess 2018”
V tur
23 aprel
Dinq Liren (Çin) - Teymur Rəcəbov (Azərbaycan) - 0.5:0.5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
David Navara (Çexiya) - Veselin Topalov (Bolqarıstan) - 0:1
Rauf Məmmədov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0.5:0.5
Maqnus Karlsen (Norveç) - Radoslav Voytaşek (Polşa) - 1:0
Qeyd edək ki, 5 turdan sonra aktivində 3.5 xal olan Veselin Topalov liderdir. Maqnus Karlsen 3 xalla ikinci pillədə qərarlaşıb. Teymur Rəcəbov, Rauf Məmmədov, Sergey Karyakin, Aniş Giri, Dinq Liren 2.5 xalla 3-7-ci yerləri bölüşdürür. Radoslav Voytaşek, Şəhriyar Məmmədyarov və David Navara isə 2 xalla 7-10-cu yerlərdə qərarlaşıblar.
***18:35
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün V turun görüşləri keçirilir.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov çinli Dinq Lirenlə heç-heçə edib - 0.5:0.5.
Görüş 52-ci gedişdən sonra "sülh"lə bitib. Norveçli dünya çempionu Maqnus Karlsen polşalı Radoslav Voytaşeki məğlub edib - 1:0. Hazırda David Navara (Çexiya) - Veselin Topalov (Bolqarıstan) qarşılaşması davam edir. Daha əvvəl Azərbaycanın digər təmsilçiləri - Rauf Məmmədov rusiyalı Sergey Karyakinlə, Şəhriyar Məmmədyarov isə hollandiyalı Aniş Giri ilə xalı yarı bölüb.
Qeyd edək ki, Teymur Rəcəbov turnirdəki əvvəlki görüşlərini də heç-heçə ilə başa vurub.
***17:44
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün V turun görüşləri keçirilir.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ağ fiqurlarla Hollandiya şahmatçısı Aniş Giri ilə heç-heçə edib. Tərəflər 49-cu gedişdən sonra heç-heçəyə razılaşıblar - 0,5:0,5.
Hazırda Dinq Liren (Çin) - Teymur Rəcəbov (Azərbaycan), David Navara (Çexiya) - Veselin Topalov (Bolqarıstan), Maqnus Karlsen (Norveç) - Radoslav Voytaşek (Polşa) qarşılaşmaları davam edir.
Daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Rauf Məmmədov rusiyalı Sergey Karyakinlə xalı yarı bölüb.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov ötən tur bolqarıstanlı Veselin Topalova uduzub - 0:1. O, ilk 3 turdakı görüşlərində isə heç-heçə edib.
*** 16:44
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün V turun görüşləri keçirilir.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Rauf Məmmədov ağ fiqurlarla Rusiya şahmatçısı Sergey Karyakinlə heç-heçə edib. Görüş 47-ci gedişdən sonra "sülh"lə bitib.
Hazırda Dinq Liren (Çin) - Teymur Rəcəbov (Azərbaycan), Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aniş Giri (Hollandiya), David Navara (Çexiya) - Veselin Topalov (Bolqarıstan), Maqnus Karlsen (Norveç) - Radoslav Voytaşek (Polşa) qarşılaşmaları davam edir.
Qeyd edək ki, Rauf Məmmədov turnirdəki əvvəlki görüşlərini də heç-heçə ilə başa vurub.