Bakı. 25 aprel. REPORT.AZ/ Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində VI turun görüşləri keçirilib.
"Report"un məlumatına görə, turun son görüşündə Rauf Məmmədov turnir cədvəlinin lideri bolqarıstanlı Veselin Topalovla üz-üzə gəlib. Qarşılaşma 52-ci gedişdən sonra heç-heçə başa çatıb - 0.5:0.5. Azərbaycanın digər təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da turu bərabərliklə başa vurub.
"Shamkir Chess 2018”
VI tur
25 aprel
Teymur Rəcəbov (Azərbaycan) - Radoslav Voytaşek (Polşa) - 0.5:0.5
Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) - 0.5:0.5
Veselin Topalov (Bolqarıstan) - Rauf Məmmədov (Azərbaycan) 0.5:0.5
Aniş Giri (Hollandiya) - David Navara (Çexiya) - 1:0
Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0.5:0.5
Qeyd edək ki, bu nəticələrdən sonra Veselin Topalov 4 xalla vahid liderdir. Aniş Giri və Maqnus Karlsen 3.5 xalla 2-3-cü yerləri bölüşdürür. Teymur Rəcəbov, Rauf Məmmədov, Dinq Liren və Sergey Karyakin 4-7-ci pillələrdə qərarlaşıb. Şəhriyar Məmmədyarov və Radoslav Voytaşek 2.5 xalla 8-9-cu, David Navara isə 2 xalla sonuncu pillə qərarlaşıb.
***17:58
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində VI turun daha bir görüşü başa çatıb.
“Report”un məlumatına görə, Teymur Rəcəbov ağ fiqurlarla polşalı Radoslav Voytaşeklə heç-heçə edib. Qarşılaşma 46-cı gedişdən sonra "sülh"lə bitib.
Hazırda Veselin Topalov (Bolqarıstan) - Rauf Məmmədov (Azərbaycan) qarşılaşmaları davam edir.
Daha əvvəl Şəhriyar Məmmədyarov çinli Dinq Lirenle xalı yarı bölüb. Eyni nəticə Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) görüşündə də qeydə alınıb. Hollandiya təmsilçisi Aniş Giri isə çexiyalı David Navaranı məğlub edib.
Qeyd edək ki, Teymur Rəcəbov keçirdiyi bütün görüşləri heç-heçə başa vurub.
*** 16:55
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün VI turun görüşləri keçirilir.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov qara fiqurlarla çinli şahmatçı Dinq Lirenlə qarşılaşıb. Görüş 49-cu gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5.
Eyni nəticə Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) görüşündə də qeydə alınıb.
Hollandiyalı şahmatçı Aniş Giri isə çexiyalı David Navaranı məğlub edib - 1:0.
Hazırda Teymur Rəcəbov (Azərbaycan) - Radoslav Voytaşek (Polşa), Veselin Topalov (Bolqarıstan) - Rauf Məmmədov (Azərbaycan) qarşılaşmaları davam edir.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov bu tura kimi bir görüşdə məğlub olub və digər oyunları heç-heçə ilə başa vurub.