Yuxarı

"ShamkirChess 2015" beynəlxalq turniri keçiriləcək

Turnir Vüqar Həşimovun xatirəsinə həsr olunub

Bakı. 4 mart. REPORT.AZ/  Bu ilin aprelində Şəmkirdə şahmat üzrə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" beynəlxalq turniri keçiriləcək.

"Report" xəbər verir ki, yarışda iştirak edəcək ulduz şahmatçıların adı artıq dəqiqləşib. Azərbaycanda keçirilən şahmat turnirində ilk dəfə olaraq üç dünya çempionu mübarizə aparacaq. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç, 2863), sabiq dünya çempionları Vişvanatan Anand (Hindistan,2791), Vladimir Kramnik (Rusiya, 2783), FİDE reytinq siyahısında ikinci olan Fabiano Karuana (İtaliya, 2802), Aniş Giri (Hollandiya, 2790), Uesli So (ABŞ, 2788), Maksim Vaşi-Lagrav (Fransa, 2716) o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (FİDE reytinqində 13-cü yer, 2756), Teymur Rəcəbov (20-ci yer, 2738) və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov (92-ci yer, 2658) iştirak edəcək.

Turnirin mükafat fondu 100 min avro təşkil edir. Turnir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. On gün davam edəcək turnirin açılış mərasimi aprelin 16-da olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi