"Shamkir Chess": Teymur Rəcəbov ilk turda dünya çempionu ilə qarşılaşacaq

"Shamkir Chess": Teymur Rəcəbov ilk turda dünya çempionu ilə qarşılaşacaq Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess superturnirinin püşkü atılıb. Reportun məlumatına görə, ilk turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Aleksandr Qrişuka rəqib olub.
Fərdi
30 Mart , 2019 20:51
Shamkir Chess: Teymur Rəcəbov ilk turda dünya çempionu ilə qarşılaşacaq

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" superturnirinin püşkü atılıb. "Report"un məlumatına görə, ilk turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Aleksandr Qrişuka rəqib olub.

İlk turun cütlükləri:

Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan)

Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin)

Alekandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)

Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya)

Qeyd edək ki, 9 turdan ibarət "Shamkir Chess"ə aprelin 9-da yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi