Şəmkir. 28 aprel.
"Report" xəbər verir ki, IX turun mərkəzi qarşılaşması norveçli dünya çempionu Maqnus Karlsenlə çinli Dink Liren arasında oynanılıb.
Görüş 28-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Bununla da 9 oyundan 6 xal toplayan Karlsen "ShamkirChess"də üçqat qalib olub. Çinli qrossmeyster isə 5,5 xalla 2-ci yeri tutub. Hazırda qalan 4 görüş davam edir.
Qələbə şanslarını itirmiş Azərbaycan təmsilçilərindən Rauf Məmmədov ağ fuqurlarla Şəhriyar Məmmədyarovu, Teymur Rəcəbov isə qara fiqurlarla çexiyalı autsayder David Navaranı sınağa çəkir.