"Shamkir Chess 2018": Maqnus Karlsen birinci pilləyə yüksəlib - YENİLƏNİB-2

"Shamkir Chess 2018": Maqnus Karlsen birinci pilləyə yüksəlib - YENİLƏNİB-2 Bakı. 26 aprel. REPORT.AZ/ Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess 2018 superturnirinin VII turunun görüşləri keçirilib.
Fərdi
26 Aprel , 2018 20:26
Shamkir Chess 2018: Maqnus Karlsen birinci pilləyə yüksəlib - YENİLƏNİB-2

Bakı. 26 aprel. REPORT.AZ/ Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirinin VII turunun görüşləri keçirilib.

“Report” xəbər verir ki, turun son oyununda norveçli dünya çempionu Maqnus Karlsen bolqarıstanlı Veselin Topalovu məğlub edib - 1:0. 

Azərbaycan şahmatçılarından Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun duelində qalib müəyyənləşməyib. Rauf Məmmədov isə Hollandiya təmsilçisi Aniş Giri ilə heç-heçə edib.

"Shamkir Chess 2018”

VII tur

26 aprel

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan) - 0.5:0.5

David Navara (Çexiya) - Dinq Liren (Çin) - 0:1

Rauf Məmmədov (Azərbaycan) - Aniş Giri (Hollandiya) - 0.5:0.5

Maqnus Karlsen (Norveç) - Veselin Topalov (Bolqarıstan) - 1:0

Radoslav Voytaşek (Polşa) - Sergey Karyakin (Rusiya) - 0.5:0.5

Qeyd edək ki, bu nəticələrdən sonra Maqnus Karlsen 4.5 xalla birinci pilləyə yüksəlib. Veselin Topalov, Aniş Giri və Dinq Liren 4 xalla 2-4-cü yerləri bölüşdürür. Rauf Məmmədov, Teymur Rəcəbov və Sergey Karyakin 3.5 xalla 5-7-ci, Şəhriyar Məmmədyarov və Radoslav Voytaşek isə 3 xalla 8-9-cu yerdədir. David Navara isə sonuncu pillədə qərarlaşıb.


*** 19:17

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirinin VII turunda daha iki görüş başa çatıb. 

“Report” xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya təmsilçisi Aniş Giri ilə qarşılaşıb. 

Görüş 49-cu gedişdən sonra heç-heçə yekunlaşıb - 0.5:0.5. Çin təmsilçisi Dinq Liren isə çexiyalı David Navaranı məğlub edib 1:0. 

Daha öncə Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla xalı yarı bölüb. 

Hazırda Maqnus Karlsen (Norveç) - Veselin Topalov (Bolqarıstan), Radoslav Voytaşek (Polşa) - Sergey Karyakin (Rusiya) görüşləri davam edir. 

Qeyd edək ki, Rauf Məmmədovun turnirdəki bütün görüşləri heç-heçə başa çatıb.


*** 16:26

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün VII turun görüşləri keçirilir.

“Report”un xəbər verir ki, hesabat turunda Azərbaycanın iki qrossmeysteri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəlib. Görüş 48-ci gedişdən sonra heç-heçə başa çatıb. Hazırda David Navara (Çexiya) - Dinq Liren (Çin), Rauf Məmmədov (Azərbaycan) - Aniş Giri (Hollandiya), Maqnus Karlsen (Norveç) - Veselin Topalov (Bolqarıstan), Radoslav Voytaşek (Polşa) - Sergey Karyakin (Rusiya) görüşləri davam edir.

Qeyd edək ki, Teymur Rəcəbovun turnirdəki bütün görüşləri bərabərliklə yekunlaşıb. Şəhriyar Məmmədyarov isə bir görüşdə məğlub olub və digər oyunları heç-heçə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi