"Shamkir Chess 2018"in püşkatma mərasimi keçirilib - FOTO

"Shamkir Chess 2018"in püşkatma mərasimi keçirilib - FOTO Yarış dairəvi sistemlə 9 turdan ibarət olacaq
Fərdi
103
18 Aprel , 2018 20:54
Shamkir Chess 2018in püşkatma mərasimi keçirilib - FOTO
Report

Şəmkir. 18 aprel. REPORT.AZ/ Şəmkir şəhərində Azərbaycanın mərhum şahmatçısı, üçqat ölkə çempionu, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" beynəlxalq şahmat turnirində mübarizə aparacaq idmançıların rəqibləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, püşkatmanın nəticələrinə əsasən, ilk turda aşağıdakı qrossmeysterlər qarşılaşacaqlar:

Veselin Topalov (Bolqarıstan) - Teymur Rəcəbov (Azərbaycan)

Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya)

Dinq Liren (Çin) - Radoslav Voytaşek (Polşa)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)

David Navara (Çexiya) - Rauf Məmmədov (Azərbaycan)

Qeyd edək ki, yarış dairəvi sistemlə 9 turdan ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi