Səudiyyə Ərəbistanında cüdo üzrə performans direktoru təyin olunan Rüstəm Orucov hədəflərini açıqlayıb

Səudiyyə Ərəbistanında cüdo üzrə performans direktoru təyin olunan Rüstəm Orucov hədəflərini açıqlayıb Səudiyyə Ərəbistanında cüdo üzrə performans direktoru vəzifəsinə təyin olunan Azərbaycanın olimpiya mükafatçısı Rüstəm Orucov hədəflərini açıqlayıb.
Fərdi
17 aprel 2025 12:25
Səudiyyə Ərəbistanında cüdo üzrə performans direktoru təyin olunan Rüstəm Orucov hədəflərini açıqlayıb
Rüstəm Orucov

Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsində cüdo üzrə performans direktoru vəzifəsinə təyin olunan Azərbaycanın olimpiya mükafatçısı Rüstəm Orucov hədəflərini açıqlayıb.

33 yaşlı keçmiş idmançı bu barədə "Report"a məlumat verib.

O, təyinata görə sevindiyini bildirib:

"Karyeramı bitirəndən sonra başqa ölkələrdən də 2-3 təklif almışdım. Amma ən yaxşısı Səudiyyə Ərəbistanından idi. Hazırda məqsədim yaxşı komanda yığmaq, istedadlı idmançıları tapmaqdır. Buna görə may ayı ərzində böyüklər, gənclər və yeniyetmələr arasında yarışlar keçirəcəyik. Orada istedadlı idmançıları komandamıza seçəcəyik. Komanda düzələndən sonra onlarla işləməyə başlayacağıq".

R.Orucov əsasən gənc və perspektivli idmançılara üstünlük vərəcəklərini söyləyib:

"Məqsəd 2028-ci ildəki yox, ondan sonrakı olimpiadaya onları hazırlaşdırmaqdır. Çünki əsasən yeniyetmə və gənclərlə çalışacağıq".

Qeyd edək ki, Rüstəm Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Müxtəlif yarışlarda qızıl mükafat əldə edən cüdoçu 2016-cı ildə Avropa çempionu da olub.

Son xəbərlər

Orphus sistemi