Sərxan Məmmədov: "Ağır çəkidə qızıl medal qazanmağım sürpriz sayılmamalıdır"

Sərxan Məmmədov: "Ağır çəkidə qızıl medal qazanmağım sürpriz sayılmamalıdır" "Hər şey gözəl idi. Yarış da yaxşı keçdi. Sevinirəm ki, qızıl medal qazandım".
Fərdi
423
3 Sentyabr , 2021 20:36
Sərxan Məmmədov: Ağır çəkidə qızıl medal qazanmağım sürpriz sayılmamalıdır

"Hər şey gözəl idi. Yarış da yaxşı keçdi. Sevinirəm ki, qızıl medal qazandım".

"Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu I MDB Oyunlarının qalibi olan (130 kq) Azərbaycan yunan-Roma güləşçisi Sərxan Məmmədov deyib.

Gənc pəhləvan əldə etdiyi nailiyyətə görə üzərində əziyyəti olan məşqçilərə, Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib.

O, daha əvvəl Avropa və dünya çempionatlarında da mükafatçı olduğunu xatırladıb: "Azərbaycana ağır çəkidə qızıl medal qazandırmağım sürpriz sayılmamalıdır. Bu, azərbaycanlı güləş məşqçilərinin əziyyətinin nəticəsidir".

Məmmədov finalda fərqli formada mübarizə apardığını vurğulayıb: "Belə güləşdim ki, rəqib aldansın və mənim döyüş üslubunu tuta bilməsin".

Son xəbərlər

Orphus sistemi