Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzinin yaradılmasının 10-cu ildönümü münasibətilə bayram tədbiri keçirilib.
“Report” xəbər verir ki, Dövlət Himni ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik
Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü ərəfəsinə təsadüf edən tədbirdə Ulu Öndər
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2009-cu ilin avqust ayının 31-də açılışını etdiyi “Sərhədçi” İdman Olimpiya Mərkəzinin Respublikamızda, o cümlədən Dövlət Sərhəd Xidmətində idmanın inkişafına yeni bir təkan verməsini, sərhədçi idmançıların İdman Olimpiya Mərkəzinin fəaliyyət göstərdiyi müddət ərzində beynəlxalq və yerli yarışlarda 1254 qızıl, 835 gümüş, 977 bürünc medal qazanmalarını xüsusi vurğulanıb.
Yubiley tədbirində xidmət zamanı yüksək nəticələr əldə etmiş sərhədçi idmançılar mükafatlandırılıb. Bayram tədbiri Dövlət Sərhəd Xidmətinin Zabitlər Evinin Nümunəvi Hərbi Orkestrinin konsert proqramı və idmançıların nümunəvi çıxışları ilə başa çatıb.