Serbiya yığması kütləvi yoluxma səbəbindən Bakıdakı Dünya Kubokuna qatılmayacaq
Fərdi
- 02 noyabr, 2022
- 16:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.
Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, Serbiya yığması yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.
Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.
Qeyd edək ki, Dünya Kuboku 4-6 noyabrda təşkil olunacaq.
Son xəbərlər
05:56
BVF 2027-ci ildə Ukraynanın maliyyələşdirmə kəsirini açıqlayıb
Digər ölkələr
05:28
Vens: ABŞ İranla müharibənin iki il davam etməsinə imkan verməyəcək
Digər ölkələr
05:02
Britaniya Aİ ilə "Brexit" müqaviləsinin şərtlərini yaxşılaşdırmaq niyyətindədir
Digər ölkələr
04:34
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
Digər ölkələr
04:08
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
Digər ölkələr
03:36
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
Digər ölkələr
03:27
FTB ABŞ-də hava əlaqəsinə mane olan avadanlıqları müsadirə edib
Digər ölkələr
02:48
Hörmüz boğazında tankerə hücum olub, yanğın baş verib
Digər ölkələr
02:15
Peskov: Putin, Tramp və Si Cinpinin görüşünün bir hissəsi mediaya açıq olacaq
Region