Sərbəst güləşçilərimiz Moskva Qran-prisində medallar qazandı

Sərbəst güləşçilərimiz Moskva Qran-prisində medallar qazandı Azərbaycan sərbəst güləşçiləri Rusiyadakı Moskva Qran-prisində 4 medal qazanıb.
Fərdi
8 Noyabr , 2020 21:37
Sərbəst güləşçilərimiz Moskva Qran-prisində medallar qazandı

Azərbaycan sərbəst güləşçiləri Rusiyadakı Moskva Qran-prisində 4 medal qazanıb.

"Report"un federasiyanın rəsmi saytına istinadən məlumatına görə, olimpiya çəkiləri üzrə yarışda Şamil Zubairov 97 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İslam Bazarqanov (57 kq) və Davud İbrahimov (65 kq) gümüş medal əldə edib. Gitinoməhəmməd Hacıyev (74 kq) və Osman Nurməhəmmədov (86 kq) isə Qran-prini üçüncü pillədə başa vurub. Beləliklə, milli komanda turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Güləşin bütün növləri üzrə təşkil olunan turnirdə Azərbaycan yığması böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında mübarizə aparıb.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.

Son xəbərlər

Orphus sistemi