Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda çıxışını başa vurub.
"Report"un məlumatına görə, son olaraq 97 kq çəki dərəcəsində Şamil Zubairov bürünc medal görüşündə qüvvəsini sınayıb.
Bolqarıstanlı Ahmed Batayevlə qarşılaşan idmançı rəqibinə 1:8 hesabı ilə uduzaraq, şansını əldən verib.
Beləliklə, sərbəst güləşçilər turnirdə ümumilikdə 2 medal qazanıblar. Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medala sahib çıxıb.
Bu nəticə ilə Azərbaycanın sərbəst güləş yığması ümumi komanda hesabında 91 xalla üçüncü yeri tutub. Rusiya 210 xalla birinci, Türkiyə isə 104 xalla ikinci pillədə yer alıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.