Səid Mollayi: "Azərbaycanı layiqincə təmsil etmək istəyirəm"

Səid Mollayi: "Azərbaycanı layiqincə təmsil etmək istəyirəm" "Mən jurnalistlərdən bir qədər qorxuram. Ona görə də şəxsi mövzularda xüsusi şeylər demək istəmir, danışmıram. Ancaq yarışlardan söz açıram".
Fərdi
29 İyun , 2022 14:50
Səid Mollayi: Azərbaycanı layiqincə təmsil etmək istəyirəm

"Mən jurnalistlərdən bir qədər qorxuram. Ona görə də şəxsi mövzularda xüsusi şeylər demək istəmir, danışmıram. Ancaq yarışlardan söz açıram".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin yeni cüdoçusu Səid Mollayi federasiyanın jurnalistlər üçün təşkil etdiyi seminarda deyib.

81 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı bildirib ki, jurnalistlərdən qorxmaması üçün onun barədə müsbətyönümlü məqalələrin yazılması lazımdır. İran yığmasının sabiq üzvü Azərbaycanı layiqincə təmsil etmək istədiyini vurğulayıb: "Nəticə üçün ömrümüzü ortaya qoyuruq. Zədələr çox olur. Bunu məşqçi yox, özümüz üçün edirik. Bütün əziyyətlər nəticə üçündür. Biz cüdoçular ölkəmizi layiqincə təmsil etmək istəyirik. Bayrağımız dalğalananda xalqımız da sevinir".

Mollayi qələbə və məğlubiyyətlər zamanı keçirdiyi hisslərdən də danışıb: "Cüdo mənə çempion olanda da, uduzanda da hamıya hörmət etməyi öyrədib. Motivasiyanı özümüz yaradırıq. Hədəfə çatmaq üçün bütün əziyyətlərə qatıanırıq. Rahat iş yoxdur. Udanda özümüzlə çox fəxr etməməli, eləcə də uduzanda ruhdan düşməməliyik. Hər məğlubiyyətdən dərs çıxarmaq lazımdır. Bir dəfə yıxıldığım yolu yenidən gedirəm ki, istəyimə çatım".

Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) Olimpiya oyunlarının gümüş mükaftaçısı və dünya çempionu Səid Mollayinin 2 may 2022-ci ildən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib. IJF-in qəbul etdiyi yeni idman qaydalarına əsasən, idmançı çıxış etdiyi ölkəni dəyişərkən əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq. Bu qaydaya əsasən, Səid Mollayi malik olduğu reytinq xallarını qoruyub saxlayacaq. Hazırda o, 81 kq çəki dərəcəsində dünya reytinqində 7-ci yerdə gedir.

Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə gümüş medal qazanıb. Bundan əlavə, o, müxtəlif illərdə Asiya Oyunlarında və çempionatlarında, Böyük Dəbilqə turnirlərində və digər nüfuzlu beynəlxalq yarışlarda qalib və mükafatçı olub.

Son xəbərlər

Orphus sistemi