Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib O, məğlubiyyətə baxmayaraq, liderliyini qoruyub
Fərdi
30 Aprel , 2017 00:54
Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

Bakı. 30 aprel. REPORT.AZ/ Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2017" turnirində VIII tura yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov turnirdə ilk dəfə məğlubiyyətlə üzləşib.

O, qara fiqurlarla polşalı Radoslav Voytaşekə uduzub - 0:1. Məğlubiyyətə baxmayaraq, Məmmədyarov liderliyini qoruyub. Buna hesabat turunadək 2 - 4-cü yerləri bölüşən bolqarıstanlı Veselin Topalovun ağ fiqurlarla hindistanlı autsayder Pentala Harikrişnanı, ABŞ təmsilçisi Uesli Sonun azərbaycanlı Teymur Rəcəbovu yenə bilməməsi, ingiltərəli Maykl Adamsın isə qara fiqurlarla rusiyalı Vladimir Kramnikə uduzması səbəb olub. Daha bir qarşılaşmada isə rusiyalı Sergey Karyakin ukraynalı Pavel Elyanovu üstələyib - 1:0.

8 turdan sonra xal durumu:

1. Məmmədyarov - 5

2 - 3. Topalov, So - hərəyə 4,5

4 - 7. Kramnik, Karyakin, Adams, Voytaşek - hərəyə 4

8 - 9. Rəcəbov, Elyanov - hərəyə 3,5

10. Harikrişna - 3.

Bu gün son turda Məmmədyarov - Topalov, Harikrişna - So, Adams - Voytaşek, Elyanov - Kramnik, Rəcəbov - Karyakin görüşləri keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi