Şəhriyar Məmmədyarov Özbəkistanda Superturnirdə iştirak edəcək
Fərdi
- 05 iyun, 2024
- 09:02
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iyunun 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Superturnirdə iştirak edəcək.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 39 yaşlı qrossmeyster ən yüksək reytinqli iştirakçıların çıxış etdiyi “Masters” bölümündə mübarizə aparacaq.
Onunla yanaşı, Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yanqyi Yu (Çin), Vidit Santoş Qucrati (Hindistan), Riçard Rapport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digər şahmatçılar turnirdə yer alacaqlar.
Aydın Süleymanlı və Vüqar Rəsulov müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaq.
Yarışa iyunun 14-də yekun vurulacaq.
Son xəbərlər
12:10
Azərbaycan Bəhreyn ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib
Energetika12:09
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
Digər ölkələr11:40
Video
Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib
Xarici siyasət11:38
Prezidentin sosial media hesablarında "ŞƏT plyus" çərçivəsində liderlərlə görüşündən görüntülər paylaşılıb
Xarici siyasət11:34
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Digər ölkələr11:34
Azərbaycanda istifadəçilərin cəmi 1,8 %-i internetdən peşəkar fəaliyyət üçün istifadə edir
İKT11:29
ŞƏT-ə sədrlik Qırğızıstandan Pakistana keçib
Digər ölkələr11:29
UEFA Çempionlar Liqası: "Sabah"ın rəqibi futbolçusu Ruben Alteni "Viborq"a icarəyə verib
Futbol11:25