Şəhriyar Məmmədyarov onlayn turnirdə dördüncü yeri tutdu

Şəhriyar Məmmədyarov onlayn turnirdə dördüncü yeri tutdu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov onlayn Steinitz Memorial turnirində çıxış edib.
Fərdi
17 May , 2020 23:37
Şəhriyar Məmmədyarov onlayn turnirdə dördüncü yeri tutdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov onlayn "Steinitz Memorial" turnirində çıxış edib.

"Report"un məlumatına görə, yarışda 10 qrossmeyster 2 dövrəlik mübarizə aparıb. Dünya çempionu Maqnus Karlsen 12 xalla 1-ci yeri tutub. Sonrakı iki yeri Rusiya təmsilçiləri tutub. Daniil Dubov 10 xalla 2-ci, Petr Svidler 9,5 xalla 3-cü olub. Məmmədyarov isə ABŞ şahmatçısı Cefferi Şonq və vyetnamlı Le Kuanq Lyomla birgə hərəyə 9 xalla 4 - 6-cı yerləri bölüşüb.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 30 min ABŞ dolları təşkil edib. 

Son xəbərlər

Orphus sistemi