Şəhriyar Məmmədyarov növbəti dəfə Levon Aronyanla qarşılaşacaq

Şəhriyar Məmmədyarov növbəti dəfə Levon Aronyanla qarşılaşacaq Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinin bütün iştirakçıları bəlli olub.
Fərdi
336
29 İyul , 2021 09:34
Şəhriyar Məmmədyarov növbəti dəfə Levon Aronyanla qarşılaşacaq

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinin bütün iştirakçıları bəlli olub.

"Report"un məlumatına görə, son olaraq Levon Aronyan (Ermənistan), Vladislav Artemyev (Rusiya) və Pentala Harikrişnanın (Hindistan) adı 16 nəfərlik siyahıya salınıb.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun "Chessable Masters" adlanan turnirdə mübarizə aparacağı daha əvvəl bəlli olub. Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.

Qeyd edək ki, iyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar əldə edəcək.

Son xəbərlər

Orphus sistemi