Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən Sinquefield Cup turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə qarşılaşıb.
Fərdi
27 Avqust , 2018 03:14
Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə qarşılaşıb.

“Report” xəbər verir ki, partiya heç-heçə ilə başa çatıb.

Oyun gününün yekununda Sergey Karyakin (Rusiya) və Xikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ) və Vişvanatan Anand (Hindistan), Aleksandr Qrişuk (Rusiya) və Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Levon Aronyan (Ermənistan) qarşılaşmaları da heç-heçə başa çatıb.

Səkkiz turdan sonra 5 xal toplayan Karuana liderdir. Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşür. Onların hər birinin aktivində 4,5 xal var. 6-7-ci yerləri Vaşye-Laqrav və Anand (hərəyə 4 xal) tutur. Ardınca So (3,5) və Nakamura (3), sonuncu isə Karyakin (2,5) qərarlaşıb.

Turnir avqustun 27-də başa çatacaq. Sinkfild Kubokunun qalibi 75 min dollar qazanacaq. Turnirin ümumi mükafat fondu isə 300 min dollardır.

Son xəbərlər

Orphus sistemi