Şəhriyar Məmmədyarov FİDE reytinqində geriləyib

Şəhriyar Məmmədyarov FİDE reytinqində geriləyib Azərbaycanın 6 şahmatçısı "100-lük"də yer alıb
Fərdi
30 Aprel , 2018 17:31
Şəhriyar Məmmədyarov FİDE reytinqində geriləyib

Bakı. 30 aprel. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin may ayı üçün yeni reytinq siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, ilk "100-lük"də Azərbaycanın 6 şahmatçısı yer alıb.

Şəhriyar Məmmədyarov yeni reytinqə əsasən, 1 pillə geriləyib. 33 yaşlı qrossmeyster 2808 xalla 3-cü pillədə qərarlaşıb. FİDE reytinqinə 2843 xalla dünya çempionu Maqnus Karlsen başçılıq edir. İddiaçılar turnirinin qalibi, ABŞ təmsilçisi Fabiano Karuana isə 2818 xalla 2-ci yerdədir.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2751 xalla 16-cı, Rauf Məmmədov 2708 xalla 33-cü, Arkadi Naydiç 2697 46-cı, Eltac Səfərli 2657 xalla 92-ci, Qədir Hüseynov isə 2654 xalla 100-cüdür. Rəcəbov ötən siyahı ilə müqayisədə 2, Məmmədov 5, Səfərli 8 pillə irəliləyib. Əvəzində Naydiç 2, Hüseynov 4 pillə geriləyib.  

Son xəbərlər

Orphus sistemi