Şəhriyar Məmmədyarov FİDE reytinqində 4-cü pilləyə yüksəlib

Şəhriyar Məmmədyarov FİDE reytinqində 4-cü pilləyə yüksəlib Azərbaycan şahmatçısı ötən ayla müqayisədə 2 pillə irəliləyib
Fərdi
31 Oktyabr , 2017 16:32
Şəhriyar Məmmədyarov FİDE reytinqində 4-cü pilləyə yüksəlib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 2 pillə irəliləyib.

Hazırda 32 yaşlı qrossmeyster 2799 xalla 4-cüdür. O, aktivinə daha 8 reytinq xalı yazıb.

Əvəzində Teymur Rəcəbov 2741 xalla 19-cu pilləyə enib. O, əvvəlki siyahıda eyni xalla 17-ci pillədə idi.

Arkadi Naydiç 2700 xalla 44-cü pillədə qalıb. 7 pillə irəliləyən Rauf Məmmədov 2686 xalla 58-cidir.

Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen 2837 xalla başçılıq edir. Ermənistanlı Levon Aronyan 2801 xalla 2-ci, ABŞ təmsilçisi Fabiano Karuana isə 2799 xalla 3-cü pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi