Bakı. 16 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-pri” seriyasının 3-cü mərhələsi start götürüb.
"Report" xəbər verir ki, Azərbaycanı turnirdə qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.
Turnirin birinci turunda Ş.Məmmədyarov fransalı Maksim Vaşe-Laqrav üzərində qələbə qazanıb. Digər oyunda isə Teymur Rəcəbov Kubadan olan şahmatçı Lenyer Dominqeslə xalları yarı bölüb.
FİDE "Qran-pri"si. 1-ci tur.
Pyotr Svidler (Rusiya) – Aniş Qri (Hollandiya) – 0:1
Yevgeni Tomaşevski (Rusiya) – Jobava Baadur (Gürcüstan) – 1:0
Rüstəm Qasımcanov (Özbəkistan) – Aleksandr Qrişuk (Rusiya) – 0:1
Dmitri Andreykin (Rusiya) – Dmitri Cakovenko (Rusiya) – 0,5:0,5
Maksim Vaşe - Laqrav (Fransa) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0:1
Lenyer Dominqes (Kuba) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5
Turnir vəziyyəti: Qiri, Qrişuk, Məmmədyarov, Tomaşevski – 1 xal, Andreykin, Dominqes, Rəcəbov, Yakovenko – 0,5, Vaşe-Laqrav, Cobava, Qasımcanov, Svidler – 0.
Qeyd edək ki, qaydalara əsasən, turnirə 12 şahmatçı qatılır və hər zəka sahibi 3 mərhələdə qüvvəsini sınayır. 4 ölkədə baş tutacaq 4 mərhələ keçən ilin oktyabr ayında başlayıb və bu ilin may ayında başa çatacaq.