Yuxarı
    Bağlamaq

    Şəhriyar Məmmədyarov Dünya Kubokunun 1/4 finalına vəsiqə qazanıb

    Azərbaycan şahmatçısının növbəti rəqibi rusiyalı olacaq

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bakıda keçirilən Dünya Kubokunun 1/4 finalına vəsiqə qazanıb. "Report"un məlumatına görə, 30 yaşlı zəka ustası 1/8 finalda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edib. 

    Ş.Məmmədyarov ötən gün ağ fiqurlarla məğlub etdiyi F.Karuana ilə bu gün qara fiqurlarla heç-heçə edib. Beləliklə, iki görüşün yekununda 1,5:0,5 hesablı üstünlük əldə edən təşkilatçı ölkənin şahmatçısı adını növbəti mərhələyə yazdırıb. 

    Qeyd edək ki, Şəhriyar Məmmədyarovun 1/4 finaldakı rəqibi rusiyalı Sergey Karyakinlə Dmitri Andreykin arasında keçirilən görüşün qalibi olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi