Şəhriyar Məmmədyarov bu gün növbəti oyununu keçirəcək
Fərdi
- 27 aprel, 2022
- 06:09
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VI turunda niderlandlı Yorden van Forestlə üz-üzə gələcək.
Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci turda niderlandlı Aniş Giriyə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda müvafiq olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.
Hazırda 6 xalı olan Məmmədyarov Aniş Giri ilə birlikdə 6-7-ci yerləri bölüşdürür.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
Son xəbərlər
01:21
ABŞ miqrantların deportasiyasına 38 milyard dollardan çox pul ayırmağı planlaşdırır
Digər ölkələr00:47
Azərbaycan ilə Almaniya arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub - YENİLƏNİB
Xarici siyasət00:27
Foto
Azərbaycanlı idmançı MMA üzrə ardıcıl üçüncü qələbəsini qazanıb
İdman00:15
"Koroğlu" metro stansiyasından Hava limanı istiqamətində hərəkətə məhdudiyyət tətbiq edilib
İnfrastruktur23:53
Foto
Video
İlham Əliyev Münxendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak edib - YENİLƏNİB-2
Xarici siyasət23:53
Zelenski Rubio ilə danışıqların təfərrüatlarını açıqlayıb - YENİLƏNİB
Digər ölkələr23:38
İran XİN sözçüsü Nensi Pelosinin çağırışını tənqid edib
Region23:27
Nigeriyanın şimal-qərbində 30 nəfər öldürülüb
Digər ölkələr23:03
Video