Şəhriyar Məmmədyarov bu gün Maqnus Karlsenlə üz-üzə gələcək

Şəhriyar Məmmədyarov bu gün Maqnus Karlsenlə üz-üzə gələcək Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində bu gün sonuncu görüşünü keçirəcək.
Fərdi
28 Aprel , 2022 10:32
Şəhriyar Məmmədyarov bu gün Maqnus Karlsenlə üz-üzə gələcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində bu gün sonuncu görüşünü keçirəcək.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VII turunda Karlsenlə üz-üzə gələcək.

Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Hazırda 8 xalı olan Məmmədyarov 6-cı pillədə qərarlaşıb. 12 xala malik Karlsen isə Praqnanandha ilə 1-2-ci yerləri bölüşdürür.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi