Yuxarı
    Bağlamaq

    Şəhriyar Məmmədyarov: "Belə maraqsız heç-heçə olmamışdı"

    ShamkirChess 2015 turnirində 3-cü turun görüşləri başa çatıb

    Bakı. 19 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində 3-cü turun görüşləri başa çatıb.

    "Report" xəbər verir ki, Synergy Group-un təşkilatçılığıyla baş tutan yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla heç-heçə oynayıb.

    Hesabat turunda yarım xal qazanan Məmmədyarov partiya haqda fikirlərini mətbuat konfransında bildirib: "Ötən tur Maqnus Karlsenə uduzandan sonra daha yaxşı oynamaq istəyirdim. Əslində dünyanın bir nömrəsinə uduzmaq normaldı. Bu gün heç-heçəni oyuna görə uyğun nəticə sayıram. Karyeramda belə maraqsız heç-heçə olmamışdı. 17-ci gedişdə vəzirlə düzgün gediş etsəydim oyun dəyişəcəkdi. Lakin həmin gedişi tapa bilmədim. Şəmkirdə daha yaxşı oynamağa çalışıram. Azərbaycanda oynayan zaman bir qədər çətin olur. Məsuliyyətim artır. Xaricda çıxış etdiyim zaman rahat mübarizə aparıram. Bakıda və ya Şəmkirdə olan zaman uğur qazanmağa çalışıram, amma alınmır. Son dəfə Azərbaycanda uğur qazandığım turnir yadıma gəlmir".

    Nəticədən razı qalan Maksim Vaşye-Laqrav partiya haqda bunları deyib: "Şəhriyarla bir neçə dəfə oynamışıq. Fikrimcə bu dəfə oyunda o qədər fəallıq yox idi. Vəziyyət heç-heçəyə aparırdı. Qələbə görsənmirdi. Ona görə heç-heçəyə razılaşdıq. Ardıcıl üçüncü bərabərlikdən sonra oyunlara daha ciddi yanaşmalıyam".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi