Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin son mərhələsində

Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin son mərhələsində Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin ilk 5 turunun oyunları keçirilib.
Fərdi
435
29 Avqust , 2021 04:46
Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin son mərhələsində

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin ilk 5 turunun oyunları keçirilib.

“Report”un məlumatına görə, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ilk turda fransalı Maksim Vaşe-Laqravla heç-heçə edib. İkinci turda amerikalı Leyner Dominqesə qalib gələn şahmatçımızın polşalı Yan Kşiştov Duda, rusiyalı Vladislav Artemiyev və niderlandlı Aniş Giri ilə sonrakı 3 qarşılaşması da heç-heçə ilə nəticələnib.

Şəhriyar Məmmədyarov 5 turun nəticəsinə görə 3 xalla 5-ci pillədədir.

Qeyd edək ki, ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi