​Sebastian Fettel: "Səbirsizliklə Bakı səfərini gözləyirəm"

​Sebastian Fettel: "Səbirsizliklə Bakı səfərini gözləyirəm" "Şəhər treklərinə hər zaman pərəstiş edirəm"
Fərdi
15 İyun , 2016 17:14
​Sebastian Fettel: Səbirsizliklə Bakı səfərini gözləyirəm

Bakı. 15 iyun. REPORT.AZ/ "Azərbaycan haqqında çox az məlumatım var. Bildiyimə görə Bakı Xəzər dənizinin sahilində yerləşir. Səbirsizliklə Bakı səfərimizi gözləyirəm".

"Report"un məlumatına görə, bunu Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran-prisinin iştirakçısı "Scuderia Ferrari" komandasının pilotu Sebastian Fettel deyib.

Bakı Şəhər Halqası haqqında fikirlərini bildirən 29 yaşlı pilot trek barədə maraqlı fikirlər eşitdiyini, tarixi yerlərin, ensiz döngələrin mövcudluğundan xəbərdar olduğunu bildirib: "Şəhər treklərinə hər zaman pərəstiş edirəm. Adətən çox çətin keçilir, təpəli və ensiz küçələri olur. Ümid edirəm ki, Bakı treki gözləntilərimizi doğruldacaq və şəhər trekləri arasında öz yerini tutacaq".

Qeyd edək ki, Avropa Qran-prisi 17-19 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi