Yuxarı
    Bağlamaq

    ​Şahmat üzrə Azərbaycan millisi Qəbələdə toplanış keçəcək

    Yığma komanda olimpiadaya qədər 3 təlim-məşq toplanışında iştirak edəcək

    Bakı. 23 may. REPORT.AZ/ Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin üzvləri və məşqçilərlə görüş keçirilib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BŞOƏK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramı müzakirə edilib və şahmatçıların fikirləri öyrənilib.

    İclasda iştirak edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov şahmatçıların hazırlığı üçün lazımi şəraitin yaradılacağını söyləyib. M.Məmmədov mötəbər yarışa hazırlıq üçün bütün komandalar;n təlim-məşq planının hazırlandığını bildirib. Federasiyanın vitse-prezidenti vurğulayıb ki, olimpiadada kişi şahmatçılardan ibarət Azərbaycan yığmasına böyük ümid bəslənilir. Buna görə də şahmatçıların olimpiadaya yüksək səviyyədə hazırlaşması üçün proqram tərtib edilib.

    Azərbaycanın əsas yığma komandası olimpiadaya qədər 3 təlim-məşq toplanışında iştirak edəcək. Hazırlığın ilk mərhələsi Qəbələdə baş tutacaq.

    İclasda həmçinin əsas yığma komandanın yoldaşlıq görüşü keçirməsi üçün Bakıya xarici komandaların dəvət olunma məsələsi müzakirə edilib.

    Qeyd edək ki, Azərbaycan təşkilatçı ölkə kimi Bakı Şahmat Olimpiadasında 3 kişi və 3 qadın yığması ilə təmsil olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi