Şahmat üzrə Azərbaycan çempionatı: Çempion tay-brekdə bəlli olacaq

Şahmat üzrə Azərbaycan çempionatı: Çempion tay-brekdə bəlli olacaq Kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Fərdi
27 Yanvar , 2023 18:35
Şahmat üzrə Azərbaycan çempionatı: Çempion tay-brekdə bəlli olacaq

Kişi şahmatçıların Azərbaycan çempionatında ikinci final gününün oyunları keçirilib.

"Report"un məlumatına görə, çempionluq mübarizəsində Vüqar Əsədli 4 saatdan çox davam edən partiyanın yekununda Vasif Durarbəyliyə uduzub.

Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə yenə də heç-heçə oynayıb.

Yanvarın 28-də şahmatçılar arasında tay-brek oynanılacaq. Əvvəlcə finalçılar iki oyunda rapiddə yarışacaq. Bərabərlik olacağı halda qalib blitsdə müəyyənləşəcək.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 25 min manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi