Şahmat üzrə Azərbaycan çempionatında növbəti görüşlər keçirilib

Şahmat üzrə Azərbaycan çempionatında növbəti görüşlər keçirilib Qadın şahmatçılar arasında Azərbaycan çempionatında VI turun görüşləri keçirilib.
Fərdi
10 Fevral , 2023 09:10
Şahmat üzrə Azərbaycan çempionatında növbəti görüşlər keçirilib

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında VI turun görüşləri keçirilib.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) “Report”a verilən məlumata görə, hesabat turunda yeganə heç-heçə Ləman Hacıyeva və Xanım Balacayeva arasındakı dueldə qeydə alınıb.

Yarışın lideri Ayan Allahverdiyeva 6-cı turda Zeynəb Məmmədyarovanı məğlub edib. Qara fiqurlarla oynayan ötən ilin Azərbaycan çempionu Gövhər Beydullayeva da Xəyalə Abdulladan üstün olub.

Türkan Məmmədyarova Nərmin Abdinovaya, debütant Nurtan Nuriyeva isə Səbinə İbrahimovaya uduzub. Gülnar Məmmədova bu tur istirahət edib.

Altı turdan sonra aktivində 4,5 xalı olan Ayan Allahverdiyeva birinci pillədə qərarlaşıb. Liderdən yarım xal geri qalan Gövhər Beydullayeva ikinci sıradadır. Hərəyə 3,5 xalı olan Səbinə İbrahimova və Xanım Balacayeva müvafiq olaraq 3-4-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, ölkə çempionatına fevralın 14-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi