Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi Slovakiyaya qalib gəlib

Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi Slovakiyaya qalib gəlib Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Fərdi
3 Avqust , 2022 18:00
Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi Slovakiyaya qalib gəlib

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, VI turda Slovakiya seçməsi ilə qarşılaşan yığma inamlı qələbə qazanıb - 3:1.

Şəhriyar Məmməmdyarov, Qədir Hüseynov və Nicat Abbasov rəqiblərinə qalib gəlib. Vasif Durarbəyli isə öz görüşünü məğlubiyyətlə başa vurub.

Komanda ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələyib. IV turda Türkiyə ilə heç-heçə edən yığma ardınca Kubaya uduzub.

Şahmat Olimpiadası

VI tur

Kişilər

Slovakiya – Azərbaycan - 1:3

Viktor Qazik – Şəhriyar Məmmədyarov - 0:1

Yuray Druşka – Qədir Hüseynov - 0:1

Xristofer Repka – Vasif Durarbəyli - 1:0

Lyubomir Ftaçnik – Nicat Abbasov - 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi