Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi Ukrayna ilə sülh bağlayıb

Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi Ukrayna ilə sülh bağlayıb Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət millisi V turun görüşünə çıxıb.
Fərdi
2 Avqust , 2022 17:27
Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi Ukrayna ilə sülh bağlayıb

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət millisi V turun görüşünə çıxıb.

"Report"un məlumatına görə, məğlubedilməz yığma güclü Ukrayna ilə heç-heçə edib.

Ukrayna – Azərbaycan 2:2

Mariya Muzıçuk – Günay Məmmədzadə - 1:0

Anna Muzıçuk – Gövhər Beydullayeva - 0,5:0,5

Anna Uşenina – Gülnar Məmmədova - 0,5:05

Nataliya Buksa – Ülviyyə Fətəliyeva - 0:1

Qeyd edək ki, bu anadək hər iki komanda Fransa ilə birgə 2-4-cü yerləri bölüşdürürdü. Bu nəticədən sonra Azərbaycan və Ukrayna milliləri 9 xalla 1-2-ci yerləri bölüşdürməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi