Şahmat üzrə Azərbaycan yığması onlayn olimpiadada mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarət kollektiv ilk yarış günündə 3 görüş keçirib.
Startda İsveçə 5,5:0,5 hesabı ilə qalib gələn komanda ikinci oyunda Şençjenlə sülhə razılaşıb - 3:3. Kollektiv son qarşılaşmada isə Macarıstana 2:4 hesabı ilə uduzub.
Onlayn Şahmat Olimpiadası
B qrupu
I tur
Azərbaycan - İsveç - 5,5:0,5
Teymur Rəcəbov - Yevgeni Aqrest - 1:0
Qədir Hüseynov - Erik Blomkvist - 0,5:0,5
Günay Məmmədzadə - Pia Kramlinq - 1:0
Gülnar Məmmədova - İnna Aqrest - 1:0
Vüqar Əsədli - Milton Pantzar - 1:0
Gövhər Beydullayeva - Marqarita Zaritonskaya - 1:0
II tur
Şençjen - Azərbaycan - 3:3
Çonşenq Zenq - Rauf Məmmədov - 1:0
Ruiyan Yu - Qədir Hüseynov - 0:1
Ksyu Jao - Günay Məmmədzadə - 1:0
Tonq Ksyu - Gülnar Məmmədova - 0:1
Ksyaoven Ksyu - Məhəmməd Muradlı - 1:0
Ksyunyu Li - Xanım Balacayeva - 0:1
III tur
Azərbaycan - Macarıstan - 2:4
Şəhriyar Məmmədyarov - Viktor Erdoş - 0,5:0,5
Rauf Məmmədov - Bencamin Qledura - 0:1
Günay Məmməzadə - Vayda Lazarne - 1:0
Gülnar Məmmədova - Byanka Havanets - 0:1
Vüqar Əsədli - Adam Kozak - 0:1
Xanım Balacayeva - Joka Qaal - 0,5:0,5
Xal durumu: Macarıstan - 6 xal, Fransa, Moldova - 4, Azərbaycan, Hindistan - 3, Sloveniya, Belarus, İsveç - 2, Şençjen, Misir - 1.
Qeyd edək ki, ehtiyat heyətdə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva yer alıblar. Qrupda ilk iki pilləni tutan komanda pley-offa vəsiqə qazanacaq. Bu qrupda Fransa, Moldova, Hindistan, Sloveniya, Belarus və Misir yığmaları da mübarizə aparır.