Şahmat Olimpiadası: Azərbaycan komandalarının sonuncu oyunları başlayıb

Şahmat Olimpiadası: Azərbaycan komandalarının sonuncu oyunları başlayıb Kişi və qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirir.
Fərdi
9 Avqust , 2022 09:13
Şahmat Olimpiadası: Azərbaycan komandalarının sonuncu oyunları başlayıb

Kişi və qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirir.

"Report"un məlumatına görə, kişilərdən ibarət yığma XI turda Serbiya ilə, qadınlar isə Gürcüstanın müvafiq kollektivi ilə üz-üzə gəlir.

XI tur

Azərbaycan – Serbiya

Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç

Rauf Məmmədov – Velimir İviç

Qədir Hüseynov – Robert Markus

Vasif Durarbəyli – İvan İvanişeviç

Azərbaycan – Gürcüstan

Günay Məmmədzadə – Nana Dzaqnidze

Xanım Balacayeva – Nino Batsiaşvili

Gövhər Beydullayeva – Lela Cavaxişvili

Ülviyyə Fətəliyeva – Meri Arabidze

Qeyd edək ki, kişilərdən ibarət yığma hazırda 14 xalla 16-cı, qadınlar isə 16 xalla 3-cü pillədə qərarlaşıb. Kişilər millisi ən yaxşı halda bürünc medal qazana bilər. Azərbaycanın qadınlar yığması isə tarixdə ilk dəfə Olimpiadanın qalibi olmağa yaxındır.

Son xəbərlər

Orphus sistemi