Bakı. 24 may. REPORT.AZ/ Bakının Hüsü Hacıyev küçəsindəki Şahmat Mərkəzinə azərbaycanlı mərhum beynəlxalq qrossmeyster Vüqar Həşimovun adının verilməsi nəzərdə tutulub.
"Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
Nazir qeyd edib ki, bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib: "Hazırda razılıq verilməsini gözləyirik"