Sahil Babayev məşqçilərlə görüşüb

Sahil Babayev məşqçilərlə görüşüb Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Bakı və Sumqayıt şəhərlərində çalışan məşqçilərlə görüşüb.
Fərdi
9 Aprel , 2022 17:47
Sahil Babayev məşqçilərlə görüşüb

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Bakı və Sumqayıt şəhərlərində çalışan məşqçilərlə görüşüb.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, görüşdə boksun hazırkı vəziyyəti, daha da inkişaf etdirilməsi və kütləviləşməsi, həmçinin beynəlxalq təcrübədən yararlanaraq yüksək nailiyyətlərin əldə olunmasının yolları müzakirə edilib.

Sahil Babayev bildirib ki, hər bir uğura gedən yol mütəxəssislərin qurduğu sistemə bağlıdır və təməli onlar qoyur, müxtəlif yaş qrupları üzrə milli komandalar məhz müəllim-məşqçilərinin əziyyətinin nəticəsində yetişən idmançılardan formalaşır.

Məşqçilər boksun inkişafı, klubların sayının, idmançıların təcrübəsinin artırılması, milli üçün ehtiyat qüvvənin yetişdirilməsi, bölgələrdə kütləviliyə nail olmaq, həmçinin seminarların keçirilməsi üçün fikir mübadiləsi aparıblar.

Sahil Babayev görüş iştirakçılarına Məşqçilər Komitəsinin formalaşdırılması və onların köməyi ilə uğurlarımızı artırmaq üçün göstəriş və tapşırıqlarını verib. ABF rəhbəri İdarə Heyətinə məşqçilər və boksçular üçün mükafatlandırma sisteminin yaradılması barədə də göstərişlərini verib.

Son xəbərlər

Orphus sistemi