Sahil Babayev: "Bu etimadı böyük sevinclə qarşıladım"

Sahil Babayev: "Bu etimadı böyük sevinclə qarşıladım" "Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin dövründən başlayır. Onun siyasətini Prezident İlham Əliyev davam etdirir"
Fərdi
9 Fevral , 2022 11:58
Sahil Babayev: Bu etimadı böyük sevinclə qarşıladım
Sahil Babayev

"Mənə göstərilən etimadı böyük sevinclə qarşıladım".

"Report"un məlumatına görə, bunu Azərbaycan Boks Federasiyasının (ABF) yeni prezidenti Sahil Babayev mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanın bütün idman növlərinə geniş dəstək verilib: "Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin dövründən başlayır. Onun siyasətini Prezident İlham Əliyev davam etdirir. Son 15 ildə Azərbaycan idmanı beynəlxalq yarışlarda 945 medal qazanıb. Bu, ölkə başçısının idmana verdiyi dəstəyin bariz nümunəsidir. Bu idman növü Azərbaycanda böyük ənənələrə malikdir. Olimpiya medallarına baxanda boks ikinci sıradadır. Azərbaycan boksu və federasiyanın əvvəlki rəhbərliyi kifayət qədər böyük uğurlar əldə edib. Boksçular hər zaman uğurlu çıxış ediblər".

S.Babayev idmançılar, məşqçilərimiz və federasiya əməkdaşları ilə birlikdə boksun daha da inkişaf etməsi üçün işləyəcəklərini diqqətə çatdırıb: "Biz bu sahədə fəaliyyətimizi daha da inkişaf etdirməliyik. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında boksun məşhurluğunu artırmaq üçün müxtəlif işlər görməliyik. İstedadlı idmançıları daha da peşəkar şəkildə hazırlıqlara cəlb etməliyik. İdmançıların yarışlarda daha aktiv iştirakı ilə bağlı tədbirlər görməliyik. Azərbaycan regionlarında və Bakıda boksa maraq böyükdür. Bunu daha kütləvi etməliyik".

Son xəbərlər

Orphus sistemi