"Böyük Dəbilqə"nin qızıl medalçısı mükafatını əsgər və zabitlərimizə göndərəcək

"Böyük Dəbilqə"nin qızıl medalçısı mükafatını əsgər və zabitlərimizə göndərəcək "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm".
Fərdi
2760
25 Oktyabr , 2020 07:22
Böyük Dəbilqənin qızıl medalçısı mükafatını əsgər və zabitlərimizə göndərəcək
Rüstəm Orucov

"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm".

“Report” xəbər verir ki, bu fikirləri ötən gün Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanan Azərbaycan idmançısı Rüstəm Orucov deyib.

“Burada qazandığım mükafatı inşallah əsgər və zabit qardaşlarımıza göndərəcəm. Qarabağ Azərbaycandır”, - deyə o əlavə edib.

Qeyd edək ki, cüdoçumuz nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb. R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, Azərbaycan təmsilçisi Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.

Son xəbərlər

Orphus sistemi