Rüstəm Orucov: "Mənim motivasiyam medallarımdır"

Rüstəm Orucov: "Mənim motivasiyam medallarımdır" "Adətən, yarışlardan sonra müsahibə veririk və həmin vaxt xüsusi hazırlaşmırıq. Belədə çətin olur. Səmimiyyət daha yaxşıdır".
Fərdi
29 İyun , 2022 15:20
Rüstəm Orucov: Mənim motivasiyam medallarımdır

"Adətən, yarışlardan sonra müsahibə veririk və həmin vaxt xüsusi hazırlaşmırıq. Belədə çətin olur. Səmimiyyət daha yaxşıdır".

"Report"un məlumatına görə, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov federasiyanın jurnalistlər üçün təşkil etdiyi beynəlxalq seminarda sualları cavablandırarkən deyib.

"Bəzən sual verirlər ki, niyə uduzdun? Demirlər ki, bəlkə zədəli idin, koronavirusa yoluxmuşdun", - deyən 31 yaşlı idmançı bütün yarışlardan medalla qayıtmaq istədiklərini vurğulayıb: "Uğursuzluq olanda bəziləri bizi baltalamağa çalışır. Müsbət məqamları qeyd etmək lazımdır".

O bildirib ki, yeni baş məşqçi Riçard Trautman ağır məşqlər keçir. Orucov bunu yaxşı hal kimi dəyərləndirib: "Əsas hədəfimiz 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatıdır. Oradan medalla qayıtmağa çalışacağam. Mənim motivasiyam medallarımdır".

Təcrübəli cüdoçu baş məşqçi amilinin böyük rol oynadığını da diqqətə çatdırıb: "Bəzən uğursuzluqdan sonra depressiyaya düşmüşəm. Həmin anda yanında yaxşı məşqçi olmalıdır. İdmanda ancaq qələbə olmur. Hamımız pis vərdişlərdən uzağıq. Burada fiziki güclə yanaşı, ağıl və hiyləgərlik də lazımdır. Biz də ağır həyat yaşayırıq. Təkcə ağır məşqlərlə uğur qazanmaq olmaz. Ağıllı hazırlıq lazımdır".

Qeyd edək ki, Rüstəm Orucov 73 kq çəki dərəcəsində Avropa çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş, müxtəlif nüfuzlu yarışları qalib və mükafatçısıdır.

Son xəbərlər

Orphus sistemi